Azərbaycan Dil Qurumu mediaya müraciət etdi

img

13-01-2011 [01:22]


Azərbaycan Dil Qurumu mətbuata müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, media sözlərin yazılışında ciddi nöqsanlara yol verir. ?Azərbaycan Dil Qurumu olaraq hər gün mətbuatda təkrarlanan nöqsanlardan birini diqqətinizə çatdırmaq istəyirik?-deyə təşkilat müraciətində qeyd edib. Azərbaycan Dil Qurumu daha sonra bəyan edib: "Xarici qurum, təşkilat, media orqanı, şəxs adı və s. yazılarkən ingilis dilinin qəlibindən istifadə edilir və bu, adın olduğu kimi saxlanılması istəyi kimi qələmə verilir. Məsələn, ?The Washigton times?, ?WikiLeks?, ?The Washington post? və s. Adi məntiqlə özünüzə sual edə bilərsiniz: əgər əcnəbi adlar ?orijinalda olduğu kimi? saxlanırsa, onda niyə ?Əl-Cəzirə? ərəb, ?Nezavisimaya qazeta? kirill, ?Rustavi? gürcü və s. əlifbalarıyla yazılmır? Aydın görünür ki, ?adı orijinalda olduğu kimi saxlamaq? yalnız ingilis dilinə şamil olunur və heç bir dil norması ilə tənzimlənmir. Azərbaycan dilinin qrammatikası müasirlik prinsipinə əsaslanır və canlı danışıqda necə işlədilirsə, o cür də yazılmalıdır. Yəni: ?The Washigton times? - ?Vaşiqton tayms?; ?WikiLeks? - ?Vikiliks?; ?The Washington post? - ?Vaşinqton post? və s. kimi yazılmalı, dil normalarına riayət olunmalıdır". Medianı diqqətli olmağa səsləyən Azərbaycan Dil Qurumu "sizləri ədəbi dil normalarını qorumağa çağırırıq" deyə bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR