Dillər Universitetində bir yeni ixtisas, iki xarici mərkəz açılacaq

img

07-01-2011 [03:30]


Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, 2010-cu il Azərbaycan Dillər Universiteti (ADU) üçün bir sıra hadisələrlə əlamətdar oldu. Belə ki, ötən ildə ADU-da beynəlxalq elmi konfranslar, seminarlar və mühüm tədbirlər həyata keçirilib. Buna misal olaraq aşağıdakıları göstərmək olar: 2010-cu ildə ADU ilə Türkiyənin Hacəttəpə və Ankara Universitetləri arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanıb, ADU-da Alman oxu zalı, Avstriya kitabxanası, İndoneziya Mərkəzi fəaliyyətə başlayıb, Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Azərbaycana səfəri çərçivəsində ADU-da olub. Dillər Universiteti və İtaliyanın Peruca Universiteti, Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 2010-2011-ci tədris ilində Azərbaycan Dillər Universtitetinin Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində iki yeni - Qafqazşünaslıq və Hindistanşünaslıq ixtisasları açılıb. 2011-2012-ci il tədris ilində ADU-da Ərəbşünaslıq ixtisası, Çin və Yapon mərkəzləri açılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA