Məhkəmədə ?Siyavuz Qarayevin bir milyonluq maxinasiyası? söhbəti

img

06-01-2011 [05:18]


Yanvarın 6-sı keçmiş tələbə, ?Yeni Müsavat? qəzetinin reportyoru Elmin Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və onun rektoru Siyavuş Qarayevə qarşı qaldırdığı ikinci məhkəmə iddiası üzrə Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Hakim Xumar Mərdanovanın sədrlik etdiyi prosesdə tələbə-jurnalist Elmin Bədəlov, jurnalistin vəkili, Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı, qarşı tərəfin vəkili İlqar Cavadov və Neft Mexanika Fakültəsinin dekanı Qasım Məmmədov iştirak edib. Tələbə-jurnalist iddiasını müdafiə edib, qarşı tərəf isə iddiaya etirazını bildirib. Daha sonra qarşı tərəfin vəkili İlqar Cavadov ?Gündəm? qəzetindəki ?Qafqazinfo.az? saytına istinadən yazılmış yazını hakimə təqdim edərək belə yazıları məhkəməyə təzyiq kimi qiymətləndirib. Vəkil hətta proses zamanı Siyavuş Qarayevin haqqında danışıqların olmamasını xahiş edib. Elmin Bədəlov isə məhkəmə haqqında belə deyib: ?ADNA rektoru Siyavuş Qarayevin özbaşınalıqlarından yazdığım üçün məni akademiyadan qovdular. Bu yaxınlarda isə ?Azadlıq? qəzeti Siyavuş Qarayevin bir milyonluq maxinasiyası haqqında manşet yazmışdı. Həmin yazıda isə bir şikayətçi başına gələnlərdən danışıb və rektorun satdığı dövlət ərazilərinin siyahısını təqdim etmişdi. Bu yazıda mənim adım hallanmayıb. Ancaq ?Azadlıq? qəzetinin yazdığı həmin yazı faktlara əsaslanan və doğru yazılmış bir məqalə idi. Həmin yazıdan sitat gətirərək sayt və qəzetlərə verdiyim açıqlamada bildirmişdim ki, jurnalistlər ADNA rektorunun bir milyonluq maxinsaiyasının üstünü açıb. Bu da onu göstərir ki, rektor Siyavuş Qarayev öz qanunsuz əməllərindən əl çəkmir, prezident İlham Əliyevin qohumluq əlaqələrindən istifadə edərək bütün qanunları pozur. Məgər jurnalist yazı yazmamalıdır? Bundan əlavə mən rektoru məhkəməyə vermişəm, qarşı tərəf isə rektor haqqında danışmamağı tələb edir. Onda belə çıxır ki, mən məhkəmədə ağzımı yumub oturum? Rektor haqqında yox, küçədəki süpürgəçidən danışım? Yəni bu bir absurd yanaşmadır?. Bildirək ki, növbəti proses yanvarın 26-sı saat 10:30-da davam edəcək. Hazırda ?Yeni Müsavat? qəzetinin əməkdaşı olan Elmin Bədəlov oxuduğu ali məktəb haqqında tənqidi məqalələr yazdığına görə təzyiqə məruz qalıb və 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. Jurnalistin ilk iddiası təmin edilmədiyi üçün işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR