Bakı-Naxçıvan aviabileti ucuzlazdı

img

29-12-2010 [12:30]


Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikası Tarif Şurasının bu gün keçirilmiş iclasında blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının əhalisinin həyatında xüsusi rolu olan Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysi üzrə sərnişindaşıma tariflərinə yenidən baxılıb. Tarif Şurasında qəbul edilmiş qərara əsasən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqaməti üzrə sərnişindaşıma tarifi 95 manatdan 70 manata endirilib ki, bunun da 20 manatı dövlət büdcəsi hesabına ödəniləcək. Bu qəraradək sərnişinlər bir bilet üçün 75 manat ödəyirdilərsə, qərarın qüvvəyə mindiyi tarixdən etibarən sərnişinlər bir bilet üçün 50 manat ödəyəcəklər. Yeni tariflər 1 yanvar 2011-ci il tarixdən tətbiq ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib