Millət vəkili Novruzəli Aslanovun sayt rəhbəri Əlizir Əhədlə məhkəməsi

img

27-12-2010 [05:50]


Millət vəkili Novruzəli Aslanovun tia.az saytının rəhbəri Əlişir Əhədi məhkəməyə verməsi ilə bağlı, öncədən xəbər vermişdik. Belə ki, adıçəkilən deputat seçki kampaniyası dövründə tia.az-da yayımlanmış ?Daş qayaya rast gəlib? yazısını əsas gətirərək, Masallı rayon məhkəməsində Əlişi Əhədə qarşı iddia qaldırmış, ?şərəf və ləyaqətinin alçaldılmasına görə? 20 min manat təzminat tələb etmişdi. 9 gün əvvəl, bu qərar iddiaya uyğun qəbul edilib, lakin, haqqında qərar çıxarılan Əlişir Əhəd məhkəmə sənədini dəyişikliklər edilmiş şəkildə alıb. Belə ki, Əlişir Əhəddən aldığımız məlumata görə, məhkəmə qərarı qəbul edildikdən sonra, sənəd bir müddət yoxa çıxıb və yalnız 9 gündən sonra ünvanına çatıb: ?Sənədi gözdən keçirdikdə gördük ki, bizim məhkəmədə dediyimiz sözlər dəyişdirilib, hələ, üstünə demədiklərimiz də əlavə olunub?. Barəsində qəbul edilmiş 20 min manat cərimə məbləğinin 10 min manata endirildiyini bildirən Əlişir Əhəd istənilən halda ona qarşı qərəzli və ədalətsiz yanaşıldığının tərəfindədir. O, həmçinin qeyd edib ki, şikayətçi deputat və işə baxan hakimin onunla hansı oyun apardığını anlamaqda çətinlik çəkir: ?Bu özbaşınalıq və ədalətsizliyin ölkə rəhbərliyi səviyyəsində cəzalandırılması üçün əlimdən gələni edəcəm. Və ümid edirəm ki, iqtidar adından, deputat mandatından sui-istifadə edən kəslərin qarşısı qanun çərçivəsində alınacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR