Umud Rəhimoğlu baz redaktorları Tərtərə topladı

img

24-12-2010 [08:47]


Dekabrın 24-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİVDF) maliyyə dəstəyi ilə cəbhə bölgəsi olan Tərtər şəhərində ?Qarabağ problemi mediada? mövzusunda konfrans keçirib. Konfransda Azərbaycan mediasının paytaxt Bakıdan getmiş tanınmış nümayəndələri, yerli icra strukturlarının, bələdiyyələrin, QHT və region mətbuatının təmsilçiləri iştirak edib. Tədbiri giriş sözü ilə Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev açıb. O, cəbhə rayonu olan Tərtərdəki hazırkı vəziyyət, rayonda aparılan quruculuq və abadlıq işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. BAMF-ın sədri Umud Rəhimoğlu ?Qarabağ problemi ilə bağlı dövlət siyasətinin media vasitəsi ilə cəmiyyətə çatdırılması? mövzusunda çıxış edbi. O, çıxışı zamanı Azərbaycan mediasının keçdiyi şərəfli yola qısa ekskurs edib. U.Rəhimoğlu Azərbaycan mətbuatının müstəqillik dövründəki inkişaf yollarından bu zaman Qarabağ probleminin mediada işıqlandırılması vəziyyətindən, ümumilikdə medianın sözügedən problemin həllindəki rolundan söz açıb. Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli yerli əhalinin qələbə əzmini artırmasında, vətənpərvərlik ruhunu gücləndirilməsində medianın rolunu əhəmiyyətli hesab edib. C.Məmmədli bu istiqamətdə region mediasının üzərinə böyük yük düşdüyünü deyib. Tanınmış hüquqşünas, Müstəqil Praktik Hüquq Firmasının rəhbəri Aydın Kərimov jurnalistlərin cəmiyyətdəki rolundan danışıb. O, jurnalistlərin hüquq və vəzifələrindən, xəbər yayarkən jurnalistlərin hərbi sirrin qorunması istiqamətində bilməsi vacib olan məqamlara toxunub. ?Xalq qəzeti?nin baş redaktor müavini Tahir Aydınoğlu, ?Bakı xəbər?, ?Paritet? qəzetlərinin baş redaktorları Aydın Quliyev, Camaləddin Quliyev məruzələrlə çıxış ediblər. Onlar Qarabağ probleminin həllində medianın rolunu yüksək qiymətləndirərək KİVDF-nun dəstəyi ilə belə konfransların mütəmadi şəkildə Azərbaycanın bütün cəbhəyanı rayonlarında keçirilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Konfransda region mətbuatının nümayəndələri - ?Yeni Tərətər?, ?Ağdam?, ?Kür? qəzetlərinin baş redaktorları Tahir Yusif, Baxşeyiş Abbasoğlu, Əminə Yusifqızı çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR