?Duman yaranan? parkın tarixçəsi: Hirkan milli parkı

?Duman yaranan? parkın tarixçəsi: Hirkan milli parkı

21.06.2010, 10:52

Ekologiya ili çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlər arasında presstur keçirib. Bu dəfə ki, prestur Lənkəranda yerləşən Hirkan Milli Parkı oldu. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, jurnalistlərə açıqlama verən Hirkan Milli Parkın direktor müavini Hacıağa Səfərov parkın ərazisinin surtopik bitgi örtüyü ilə çox zəngin olduğunu bildirib: ?Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2004-cü ili 9 fevral tarixində Hirkan Milli Parkı yaradılılıb. Bitgi örtüyu ilə zəngin olan bu torpaq subtropik sayılır. Hirkan sözünün mənası qədim etnosun dilindən ?duman yaranan? 2 sözün birləşməsində əmələ gəlib. Park Azərbaycanın Cənub-Şərqində Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Hirkan Milli parkının sahəsi 21435 hektardır. Məhz bu park talış dağlarının təbiət kompleksləri ilə fərqlənən təbii ərazisini əhatə edir. Məşhur ?Xan bulan? bulağı Hirkan milli parkın yaxınlığında yerləşir. Milli parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, 3 dövrün relikt və endemik bitgi növlərinin mühafizəsi, Azərbaycan Respublikasının ?Qırmızı kitabı? na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir?. H.Səfərov bildirib ki, Hikran Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da 1000 m-ə qədər, Şərqdən Qərbə daglara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: ?Aşağı hissədə əsasən Şabalıdyarpaq palıd, Dəmirağac, Vələsin, İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat və s. ilə birlikdə üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən Dəmirağac, qismən də Şabalıdyarpaq və Palıd azalır onları fısdıq əvəz edir. Milli parkın meşələrində Ayıdöşəyi, Hikran bigəvəri, Hikran şimşadı, Pırkal geniş yayılmışdır. Bu bitgilərin əksəriyyətinin adı Azərbaycanın ?Qırmızı kitabı? na daxil edilib. Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərində biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılmasıdır. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi Triton, Daraqlı triton, Suriya Sarımsayıqlı qurbağası, Qafqaz xalçası, Adi quru qurbağası mövcuddur?. H.Səfərov sözlərinə görə, Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də mövcuddur: ?Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerələşir. Məhz xəzər dənizin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır?. Nüşabə Sadıqova

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR