Azərbaycanda qəzet baz redaktorunu ölümlə hədələyirlər

img

21-12-2010 [12:11]


Yenicə nəşrə başlamış və dünən 4-cü sayı işıq üzü görən ?Yeni qəzet+?in təsisçisi və baş redaktoru Kamran Məhərrəmli dövlət başçısı İlham Əliyev cənablarına, Daxili İşlər naziri cənab Ramil Usubova və Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudova müraciət edib. Müraciətdə bildirilir ki, son günlər gizli nömrədən zəng edərək məni təhqir edirlər. Axırıncı dəfə bu gün, yəni 20 dekabr 2010-cu il tarixdə saat 16-59, 17-01, 17-03 radələrində mənim 050-682-26-48 nömrəli mobil telefonuma təkrar-təkrar zəng edərək mənə hədə-qorxu gəldilər. Hər dəfə telefonu söndürsəm də yenidən zəng edib məni söyməyə, təhqir etməyə, ölümlə hədələməyə davam etdilər. Sonda qəzeti bağladacaqlarını bildirdilər. Kamran Məhərrəmli prezidentdən və hüquq-mühafizə orqanlarından bu biabırçılığa son qoymağı və günahkarların tapılıb cəzalandırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR