KiV DF qalib jurnalistlərin adlarını elan edib və qəzet redaksiyaları üçün 3500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verib

img

16-12-2010 [06:39]


Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. MİA-nın məlumatına görə, iclas iştirakçıları Fondun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarını və KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların edilməsi məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul ediblər. Birinci məsələ ilə bağlı Müşahidə Şurası üzvlərinə məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 18 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 74 nəfər jurnalist qatılıb. Hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KİV redaksiyalarında çalışanlar üçün, 1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib elan edilməsi nəzərdə tutulub. Lakin region KİV-ində çalışan jurnalistlər tərəfindən cəmi 9 istiqamət üzrə yazı təqdim edilib. Digər 9 istiqamət üzrə isə yazı təqdim edilməyob və bu yerlər boş qalıb. V. Səfərli boş qalmış bu yerlərə həmin istiqamət üzrə 30-dan yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etməyi təklif verib. Məlumat üçün bildirilib ki, müsabiqənin qalibləri sırasına qatılmaq üçün minimum keçid balı 30 bal müəyyən edilib. Müşahidə Şurası üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil edilməsi barədə qərar qəbul ediblər. Beləliklə, 74 jurnalistin qatıldığı müsabiqədə 50 jurnalist qalib hesab edilib. Qalan 4 yer isə həmin istiqamətlər üzrə yazı daxil olmadığından və ya yetərli bal toplanılmadığından boş qalıb. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və Fondun diploma təqdim olunacaq. Qaliblərin diplomları Fondun bu ilin 29 dekabr tarixində "Gülüstan" sarayında keçirəcəyi tədbirdə təqdim ediləcək. Müşahidə Şurası üzvlərinin növbəti müzakirə mövzusu KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların ayrılması olub. Müşahidə Şurasının keçən iclasında KİV-lərin maddi texniki durumunu araşdırmaq məqsədilə yaradılmış komissiyanın məruzəsi dinlənilib. Komissiyanın rəyini nəzərə alan Müşahidə Şurası üzvləri, Fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 32 qəzet, 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib. Nəzərinizə çatdırırıq ki, qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçünsə 2500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR