Türkiyənin nüfuzlu "Kanal-B" televiziyası Azərbaycana geniz yer ayırır

img

12-12-2010 [06:29]


Türkiyənin nüfuzlu "Kanal-B" televiziyası Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrə geniş yer ayıracaq. Bakı vaxtı ilə hər gün 19.00-da efirə gedən "Avrasiyadan xəbərlər" proqramında digər türk respublikaları ilə yanaşı, Azərbaycanın da taleyüklü problemləri müzakirəyə çıxarılacaq. Bu barədə MIA-ya "Avrasiyadan xəbərlər" proqramının müəllifi Könül İsmayılbəyli məlumat verib. Könül xanım deyib ki, müəllifi olduğu proqram efirə yeni çıxmasına baxmayaraq, qısa müddət ərzində geniş tamaşaçı auditoriyası toplaya bilib: "Demək olar ki, hər gün Azərbaycana dair xəbərlər yayırıq. Azərbaycanın tanınmış politoloqları, millət vəkillərilə canlı telefon əlaqəsi yaradır, ölkəmizin üzləşdiyi problemlər barədə Türkiyə ictimaiyyətini məlumatlandırmağa çalışırıq. İnanıram ki, "Avrasiyadan xəbərlər" Türkiyədə olduğu kimi, Azərbaycanda da maraqla qarşılanacaq". K.İsmayılbəyli həmçinin qeyd edib ki, tamaşaçılar "Kanal-B" televiziyasının proqramlarını kanalb.kom.tr internet ünvanından da izləyə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR