?Yeni Müsavat? və ?Azadlıq? qəzetlərinin məhkəməsi ətrafında müzakirələr keçirilib

img

08-12-2010 [05:52]


Bu gün ?Yeni Müsavat?ın redaksiyasında nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ?Yeni Müsavat? və ?Azadlıq? qəzetlərini məhkəmə verməsi ətrafında müzakirələr keçirilib. Tədbirdə sabiq millət vəkili, qəzetimizi bu məhkəmədə təmsil edən Pənah Hüseyn, ?Dalğa? gənclər təşkilatının sədri Ramin Hacılı və təşkilatın üzvləri, həmçinin jurnalistlər iştirak edirdi. Müzakirə zamanı bir çox maraqlı təkliflər irəli sürüldü. Qərara alındı ki, dekabrın 10-a təyin olunan məhkəmə iclasından əvvəl Yasamal Rayon Məhkəməsinin qarşısında etiraz aksiyası keçirilsin. Bu istiqamətdə müxtəlif təkliflər səsləndirildi. Xatırladaq ki, Anar Məmmədov ?Azadlıq? və ?Yeni Müsavat? qəzetlərinə qarşı yarım milyon manatlıq iddia irəli sürüb. Nazir oğlunun bu iddiasına səbəb əvvəlcə ?Azadlıq?da, sonra isə ?Yeni Müsavat?da onun Qəbələ rayonunda fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən restoranda 1 milyon manata ayı kəsdirib yeməsindən bəhs edən məqalələr olub. Nazir oğlu məqalələrin dərcindən təxminən 6 ay sonra qəzetləri məhkəməyə verib ayı kababı yemədiyini sübuta yetirmək istəyir. Onu da qeyd edək ki, hazırlıq iclasından dərhal sonra qəzetlərin Müdafiə Komitəsi yaradılacaq. Anar Məmmədovun rəhbəri olduğu ?ZQAN Holdinq?in və Nəqliyyat Nazirliyinin qarşısında aksiyalar keçiriləcək. Nazir oğlunun iddiasına dekabrın 10-da, saat 11:30-da Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR