Azərbaycanda internet-medianın monitorinqinə bazladılar

img

07-12-2010 [01:29]


Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın monitorinqinin reallaşdırılmasına start verib. Bir ay ərzində davam edəcək monitorinq zamanı ölkəmizdə müasir KİV sahəsi olan internet-medianın kütləvi informasiya vasitəsi kimi bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb. Belə ki, monitorinq zamanı onların ayrı-ayrılıqda media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin yerləşdimə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət, iqtisadiyyat, reklam, kriminal və əyləncə xəbərlərinə yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərinin analizi və Azərbaycan dilinin saflığının internet-mediada qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək. Xatirladaq ki, bir müddət əvvəl fondun əməkdaşları KİV-lərə məxsus internet resursların monitorinqini həyata keçirmişdi. Qeyd edək ki, artıq reallaşdırılmasına başlanılan layihənin mütəxəssislərin geniş fikir mübadilələri ilə dəyirmi masada yekunlaşdırılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR