iqbal Agazadə Faiq Əliyevi özünə yeni müavin təyin edib

img

04-12-2010 [07:12]


Ümid Partiyasının sədri, millət vəkili İqbal Agazadənin sərəncamı ilə Əliyev Faiq Həsən oğlu Ümid Partiyası sədrinin müavini təyin edilib. Faiq Əliyev uzun müddət Ümid Partiyasının Naxçıvan MR Təşkilatının sədri vəzifəsində çalışıb. Onun partiyanın təşkilatlanması istiqamətində gördüyü uğurlu işlər, göstərdiyi fəal və ardıcıl fəaliyyəti partiya rəhbərliyi tərəfindən Ümid Partiyası sədrinin müavini vəzifəzinə təyin edilməklə yüksək qiymətləndirilib. Qeyd edək ki, Faiq Əliyev ixtisasça tarixçidir, Naxçıvan şəhərində yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA