ibrahim ibrahimli: ?Birləzmiz partiyanın bazqanı kimi Əli Kərimlini görürəm?

img

02-12-2010 [11:08]


?Sülhəddin Əkbər və mən peşəkar siyasətçilərik. Qərar verəndə soyuq ağla və məntiqə əsaslanmışıq. Bizim istefamız ciddi informasiyaların nəticəsi idi?. Bu sözləri Müsavat Partiyasından istefa vermiş İbrahim İbrahimli ?Azadlıq? radiosunun canlı efiridə bildirib. Onun sözlərinə görə, AXCP və Müsavat partiyasının birləşməsi ilə bağlı Müsavatda yekdil fikir və konsensusun olmaması onu partiyadan istefa verməyə məcbur edib. ?Bu sonrakı mərhələ üçün üzə çıxacaq ağrılı proseslərdə də siyasi məsuliyyəti bölüşməmək üçün atılan addımdır?-deyə İ.İbrahimli bildirib. Keçmiş müsavatçı qeyd edib ki, indiyə qədər partiyalardan istefalar yalnız hakimiyyətə loyal münasibətlərə bağlı olub. AXCP ilə Müsavatın eyini ideloji prinsiplərin daşıyıcısı olduğunu vurğulayan İ.İbrahimli bildirib ki, parlament seçkilərindən sonra müşahidə ediləcək siyasi böhranın qarşısını yalnız bu iki partiyanın birləşməsi ala bilər. ?Birləşmə ilə bağlı AXCP daxilində konsensus əldə edilib. Amma Müsavatda bunun əldə olunmasına ümidim azdır?-deyə o, bildirib. ?Biz siyasi partiyadan istefa vermişik. Siyasi düşərgədən yox. Biz milli düşərgənin tərkibində birləşmə ideyasını dəstəkləyən fərdlərlə, təşkilatlarla bir yerdə olacağıq?-deyən İ.İbrahimli yeni bir hərəkat yaradacağına işarə vurub. Birləşmənin perspektiv nəticələri ilə bağlı fikrini açıqlayan İ.İbrahimli qeyd edib ki, yeni partiyanın adı Müsavat olmalıdır. ?Mən birləşmiş partiyanın sədri kimi Əli Kərimlini görürəm. İsa Qəmbəri isə bütün müxalifət spektrinin lideri kimi prezident seçkilərində vahid namzəd kimi təsəvvür edirəm?. Bununla yanaşı, İ.İbrahimli AXCP ?yə keçəcəyi ilə bağlı fikirləri təkzib edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA