Müasir Müsavat Partiyası siyasi mövqeyini dəyizir

img

02-12-2010 [03:55]


Ötən həftə Müasir Müsavat Partiyası Siyasi Şuranın iclasında qurumun növbədənkənar qurultayının keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Təşkilat Komitəsi bu gün ilk toplantısını keçirib. Toplantıda Təşkilat Komitəsinin görəcəyi işlər geniş müzakirə edilib və iş bölgüsü aparılıb. Hər bir TK üzvünə konkret tapşırıqlar verilib. TK-si öncə MMP-nin rayon təşkilatlarında konfransların keçirilməsini təşkil edəcək. Partiyanın siyasi mövqeyinin hansı yöndə dəyişəcəyi ilə bağlı MMP üzvləri ilə danışıqlar aparacaq. Qeyd edək ki, MMP-nin sonuncu Siyasi Şurasının iclasında partiyanın parlament seçkilərində uğursuzluğa düçar olması qurum üzvlərinin qəzəbinə səbəb olub və onlar bu məğlubiyyəti sədr Hafiz Hacıyevin yürütdüyü siyasətlə əlaqələndiriblər. Siyasi Şurada Hafiz Hacıyevin partiya sədrliyindən istefa verməsi tələb edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA