iqbal Ağazadə ABŞ diplomatları ilə görüzüb

img

02-12-2010 [03:52]


Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ diplomatları ilə görüşüb. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, təşkilatın mənzil qərargahında İqbal Ağazadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Breqita Buşet qəbul edib. Görüşdə parlament seçkilərinin nəticələri, Dağlıq Qarabağ problemi, demokratik dəyərlərin inkişafı və Azərbaycan ilə ABŞ arasında mövcud əməkdaşlıq münasibətləri müzakirə edilib. Həmçinin demokratik poseslerin inkişafında səfirliklə Ümid Partiyası arasında əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA