Ali Məhkəmə ADP sədrinin zikayətini təmin etməkdən imtina edib

img

01-12-2010 [04:33]


?Qarabağ? blokunun 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə vahid namizədi, ADP sədri Sərdar Cəlaloğlunun parlamentə keçirilən seçkilərdə adı çəkilən Dairə Seçki Komissiyasının seçkilərin nəticələrini saxtalaşdırması ilə bağlı verdiyi kasasiya şikayətinə Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasında baxılıb. ADP-nin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, kollegiya ADP sədrinin şikayətini təmin etməkdən imtina edib. Xatırladaq ki, ADP sədri 21 saylı Nəsimi birinci seçki dairəsinin seçkilərin nəticələrinə dair qərarının ləğv olunması və həmin dairədən özünün deputat seçilməsi ilə bağlı qərar qəbul edilməsini tələb edir. Ali Məhkəmənin bu günkü qərarından sonra ADP sədrinin İnsan Haqları Üzrə Avropa Məhkəməsinə şikayət edilməsi ilə bağlı yolu açılıb. Bu gün həmçinin Qarabağ bloku 34 saylı Xətai ikinci seçki dairəsindən vahid namizəd, ADP sədrinin müavini Zakir Hüseynovun adı çəkilən dairədə baş verən saxtakarlıqla bağlı kasasiya şikayətinə Ali Məhkəmədə hakim Zakir Quliyevin sədrliyi ilə baxılıb və qaldırdığı iddia rədd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA