Jurnalistlər DAK-ın qurultayına qatılmaq üçün Almaniyaya gedir

img

30-11-2010 [12:21]


Dünya Azərbaycanlıları Konqresinin (DAK) XI qurultayı dekabrın 4-5-də Almaniyanın Bonn şəhərində keçiriləcək. Bu barədə ?Yeni Müsavat?ın əməkdaşı ilə söhbət edən DAK həmsədri, deputat Sabir Rüstəmxanlı qeyd etdi ki, qurultaya təşkilatın müxtəlif ölkələrdəki nümayəndəliklərinin səlahiyyətli şəxsləri, DAK fəalları qatılacaqlar. Bundan əlavə, toplantıya beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri, türk dünyasının simaları, lobbi təşkilatlarımızın aktivləri, xaricdə təhsil alan tələbələr və media əməkdaşları da qonaq kimi dəvət olunacaq. Azərbaycandan da bir neçə jurnalistin tədbirdə iştirak edə biləcəyini söyləyən S.Rüstəmxanlı daha çox qonaq dəvət edə bilməmələrini maliyyə çətinlikləri ilə əlaqələndirdi. Sabir Rüstəmxanlı dedi ki, qurultayda DAK-ın növbəti dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşəcək, təşkilatın ali orqanları və həmsədrləri seçiləcək: ?Hesab edirəm ki, bu il qurultay daha yüksək səviyyədə keçəcək. Təşkilatın fəaliyyətinə maraq böyükdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR