Müsavatda gərginlik; ibrahim ibrahimli partiyadan, Sülhəddin Əkbər vəzifəsindən getdi

img

30-11-2010 [11:58]


Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, toplantıda partiyanın MSK-dakı üzvü Gülağa Aslanlının həmin qurumdakı fəaliyyəti, MSK-da və Konstitusiya Məhkəməsində nitqləri yüksək qiymətləndirilib və ona təşəkkür elan edilib. Divanda həmçinin bir sıra partiyadaxili məsələlər, müxalifətdaxili siyasi inteqrasiya məsələləri, eləcə də seçkidən sonrakı yaranmış vəziyyət ətraflı müzakirə edilib. Bu kontekstdə müxalifətin siyasi inteqrasiyasının müxtəlif variantları üzərində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, deputatlığa namizədlərin iştirakı ilə 23 noyabrda keçirilmiş forumda, müxtəlif toplantılarda və mətbuatda demokratik qüvvələrin ineqrasiyası ilə bağlı irəli sürülmüş təkliflərin müzakirəsində partiyanın aktiv iştirak etməsi məqsədəuyğun sayılsın. Divan təəssüflə bildirib ki, İbrahim İbrahimli partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan, Sülhəddin Əkbər isə partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyada tutduğu vəzifələrindən istefa verib. Sonda cari məsələlərə baxılıb. Qeyd edək ki, Divan üzvü İ.İbrahimli 7 noyabr seçkilərindən öncə AXCP-Müsavat seçki blokunun 32 saylı Suraxanı üçüncü seçki dairəsindən vahid namizədi olmaqdan imtina etmişdi. Hələ o zaman onun rəhbərlikdən küsüb incidiyi bildirilirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA