Apelyasiya Məhkəməsi MQP sədrinin zikayətini təmin etmədi

img

26-11-2010 [05:17]


Bakı Apelyasiya Məhkəməsi Vüqar Bəyturanın şikayətini təmin etməyib. Milli Qurtuluş Partiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumatda bildirilir ki, partiyanın başqanı Vüqar Bəyturan 31 sayli Suraxanı ikinci seçki dairəsində seçki kampaniyası dövründə və seçki günü baş vermiş saxtakarlıqlarla əlaqədar Mərkəzi Seçki Komissiyasına etdiyi şikayətdə Fərəc Quliyevin xeyrinə total saxtakarlıq və qanun pozuntuları olması, seçki nəticələrinin ləğvini, təkrar seçki keçirilməsini tələb etsə də, MSK tələbləri yerinə yetirməyib, yalnız 1 məntəqədə seçkilərin nəticəsini ləğv etməklə, şikayəti qismən təmin edib. Qərarla razılaşmayan MQP lideri MSK-nın qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıb. Dünən hakim Tofiq Səmədovun sədrliyi ilə sözügedən şikayətə məhkəmə baxışı keçirilib. MSK-nın qərarı qüvvədə saxlanılıb. Partiya bəyan edib ki, verilən qərar hüquqi deyil, siyasi qərar hesab edir. Buna görə də qərardan kasasiya şikayəti veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA