Vüqar Səfərli: "KiVDF ancaq qəzetləri maliyyələzdirməlidir"

img

26-11-2010 [03:16]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsində informasiya agentlikləri və jurnalist təşkilatları iştirak edə bilməyəcəklər. KİV DF yalnız qəzetlərdən 26 noyabr - 25 dekabr tarixlərində layihə qəbul edəcək. Bəs jurnalist təşkilatları və informasiya agentlikləri necə olacaq? Vüqar Səfərli Modern.az-a açıqlamasında yeni müsabiqəyə jurnalist təşkilatları və informasiya agentliklərinin buraxılmamasını belə izah edib: ?Bunun səbəbi odur ki, KİVDF ancaq qəzetləri maliyyələşdirməlidir?. Jurnalist təşkilatları və informasiya agentlikləri üçün ayrıca müsabiqənin elan olunub-olunmayacağnı gəlincə, V. Səfərli bildirib ki, bu məsələ müzakirə olunacaq. ?Əgər maliyyə vəsaiti olsa, ayrıca müsabiqə elan olunacaq?-deyə KİV DF rəhbəri bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA