Təhsil naziri Misir Mərdanov terrorda suçlandı

img

24-11-2010 [11:18]


?Azərbaycanda Təhsil Nazirliyi başda Misir Mərdanov olmaqla, dövlətçiliyimizə və xalqımıza qarşı mənəvi terror edir və bunun davam etdirməkdə israrlıdı. Görünən odur ki, bunların hər ?seçki?də qazanılan ?qələbə?dən iştahı və tamahı getdikcə artıb, haqq yolundan uzaqlaşıblar. Etdikləri günahları və dünyagirliklərinin çanağı vətəndaşlarımızın başında çatlamaqdadı. Hakimiyyət daxilində qrup və eləcə də biznes maraqları o həddə çatıb ki, artıq Allahı və onun dinini də maneə saymırlar. İş o həddə çatıb ki, heç olmasa insanlığımıza xatir cəiyyətimizə heç nəyi güzəşt etmək istəmirlər?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı ?təhsil naziri Misir Mərdanovun hicabla bağlı sualı cavablandırarkən dediyi ?lazım gələrsə, biz məktəbə məktəbli formasında gəlməyən şagirdləri dərsə buraxmayacağıq? fikrinə münasibət bildirərəkən deyib. AİDP sədr deyib ki, onsuz da min cür məşəqqətlərə və əzablara dözən dindar təbəqəyə öldürücü zərbələr vurmaq adiləşib: ?Məscidlərin uçurulması, bağlanması, dini kitablara qadağa, dindarların nahaqdan döydürülüb tutdurulması və s. fərdi və siyasi azadlığın pozulmasından xəbər verir. Təhsil nazirinin diqqətinə çatdırmaq istəyirəm ki, hicab namusun, izzətin örtüyüdür?. T.Abbaslının sözlərinə görə, hicaba islam ölkəsi olan Azərbaycanda qadağa qoyulması cinayət sayılmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA