Qorxmaz ibrahimlinin iddiası əsasında keçirilən məhkəmə proses təxirə salınıb

img

23-11-2010 [08:18]


Bakı Apelyasiya Məhkəməsində Qarabağ Seçki Blokunun 10 saylı üçüncü Binəqədi seçki dairəsi üzrə vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini, Demokratik Seçki Mərkəzinin sədri Qorxmaz İbrahimlinin iddiası əsasında keçirilən məhkəmə proses təxirə salınıb. Buna səbəb MSK nümayəndəsinin məhkəməyə dəlilləri təqdim edə bilməməsi olub. MİA-nın xəbərinə görə, Qorxmaz İbrahimli MSK-ya 10 saylı dairədə nəticələrin ləğv edilməsi üçün müracət etmişdi. MSK şikayəti obyektiv araşdırmaq əvəzinə müracəti əsassız saymışdı. Depuatlığa namizəd də MSK-nın bu əsassız qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət etmişdi. Proses oktyabrın 24-da davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA