Aydınlar Partiyasın iqtidara münasibətdə müxalifət mövqeyində durduğunu bəyan edib

img

22-11-2010 [04:42]


Aydınlar Partiyası müxalifət mövqeyindən çıxış edir. Bu barədə partiyanın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. ?Partiyanın mətbuat xidməti ?Yeni Müsavat? qəzetinin 19 noyabr 2010-cu il tarixli sayında ?İqtidar dəstəkçiləri də saxta seçkidən narazıdır? başlıqlı yazıda Aydınlar Partiyasının sədri Q.Əlibəylinin də seçkilərlə bağlı fikirləri öz əksini tapıb. Həmin fikirlər bir gün sonra ?Azadlıq? qəzetində ?Hakimiyyətyönlülər saxtakarlığa etiraz edir? başlıqlı yazıda ?Yeni Müsavat? qəzetinə istinadən təkrarlanıb: ?Bununla əlaqədar qeyd etmək istəyirik ki, Aydınlar Partiyasının hazırkı iqtidara münasibəti partiyanın 14 dekabr 2008-ci il tarixli təsis qurultayı tərəfindən müəyyənləşib. Qurultay Aydınlar Partiyasının hazırkı iqtidara münasibətdə müxalifət mövqeyində durduğunu bəyan edib. Fəaliyyət göstərdiyi 2 il ərzində Aydınlar Partiyası və onun sədri həmişə iqtidarın həyata keçirdiyi siyasətə müxalif mövqeyindən çıxış etmiş, iqtidarı dəstəklədiklərini hər hansı bir formada ifadə etməmişlər. 7 noyabrda keçirilmiş parlament seçkilərinin kütləvi saxtakarlıq şəraitində keçməsi barədə partiyanın sədri Q. Əlibəylinin mövqeyi seçkidən dərhal sonra kütləvi informasiya vasitələrində, o cümlədən ?Azadlıq? qəzetinin 8 noyabr 2010-cu il tarixli sayında verilib. Aydınlar Partiyasının da daxil olduğu ?Qarabağ? blokunun da eyni mövqedən çıxış edib. Təxminən 10 gün sonra adları çəkilən qəzetlərdə Aydınlar Partiyasının sədri Q. Əlibəylinin ?iqtidar dəstəkçiləri? və ?hakimiyyətyönlülər? sırasına aid edilməsi təəssüfedicidir?. Partiya bildirib ki, həm seçki kampaniyasının gedişində və səsvermədən sonrakı günlərdə Q. Əlibəylinin vəkilləri, səlahiyyətli nümayəndələri yerli icra hakimiyyəti orqanları tərəfindən dəfələrlə hədə-qorxu və təzyiqlərə məruz qalıblar. Aydınlar Partiyası mətbuat azadlığına hörmətlə yanaşdığını bir daha vurğulayaraq müxalifətçilik fəaliyyətinin ayrı-ayrı siyasi partiyaların və kütləvi informasiya vasitələrinin inhisarında olmadığını xatırladıb və mətbuat mənsublarını siyasi proseslərə, partiyalara və siyasətçilərə münasibətdə daha diqqətli olmağa, Aydınlar Partiyasının və onun sədrinin mövqeyinə hörmətlə yanaşmağa dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA