Edinburq Universitetinin professorları ADU-da

img

22-11-2010 [11:48]


Noyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) ?Ali təhsildə e-tədris? mövzusunda seminar keçirildi. Seminarda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitetlərindən olan Edinburq Universitetinin professorları Hemiş Makleod və Çarlz Anderson iştirak edirdilər. Tədbirdə giriş sözü ilə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov seminarın rəhbərlik etdiyi ali təhsil ocağında keçirilməsini universitetə verilən yüksək qiymətdən irəli gəldiyini bildirdi. Rektor ölkə rəhbəri İlham Əliyevin ən çox diqqət yetirdiyi, qayğı göstərdiyi sahələrdən birinin də təhsil sistemi olduğunu vurğuladı. Heydər Əliyev Fondunun fəaliyyətinə toxunan S. Seyidov sözlərinə onu da əlavə etdi ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil müəssisələrində aparılan genişmiqyaslı işlər dünya standartları səviyyəsində tərbiyə və bilik ocaqları yaradılmasına ciddi töhfələr verir. Sonra Edinburq Universitetinin professoru Hemiş Makleod ?Ali təhsildə e-tədris? adlı təqdimatını seminar iştirakçılarının diqqətinə çatdırdı. Edinburq Universitinin professoru məruzəsində öyrətmə, öyrənmə və qiymətləndirmə proseslərində əsas tendensiya xarakteini doğuracaq yeniliklər, kitabxana resurslarının rəqəmsal formata çevrilməsi, virtual öyrənmə mühiti və elektron portfellərdən danışdı. O, proqramın icrası və inkişafı zamanı qiymətləndirmə aparmağın zəruriliyin vurğuladı. Qiymətləndirmə zamanı diqqətin nəticə və proseslərə yönəldilmıəsindən danışan H. Makleod bunu üçün çoxsaylı auditoriyanın olmasının vacibliyini bildirdi. Məruzəsinin sonunda Edinburq Universitetinin professoru qiymətləndirmə və inkişafdan bəhs etdi. Xatırladaq ki, seminar Bakıda keçirilən ?Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf? mövzusunda beynəlxalq konfransın bir bölməsini əhatə edirdi. Konfransın ikinci hissəsində isə bölgə ölkələri üçün Təhsil Strategiyasında İKT-nın rolu haqqında regional sammit keçiriləcək və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılacaq. Onu da əlavə edək ki, beynəlxalq konfrans Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir. Eyni zamanda konfrasın keçirilməsində Təhsil nazirliyi, YUNESKO təşkilatı, Microsoft və İntel korporasiyaları da yaxından əməkdaşlıq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR