AiDP yeni təkliflə çıxız edib

img

22-11-2010 [11:41]


?Azərbaycanda demokratiyanın vacib göstəricilərindən olan debat mədəniyyəti çox aşağı səviyyədədir. Bunu iqtidarın müxalifətlə debatdan qaçması, müxalifət partiyalarının, ayrı-ayrı müxalifət nümayəndələrinin arasında debatların təşkil olunmaması, olunsa da debatdan çox savaşa bənzəməsi, yarımçıq qalması sübut edir. Ölkəmizdə debat mədəniyyətinin aşağı olmamasını 7 noyabr parlament seçkiləri ərəfəsində İTV-də namizədlərə verilən efir vaxtında da müşahidə etdik?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. AİDP sədri deyib ki, cəmiyyətimizdə müxtəlif müstəvilərdə təşkil olunan debatlar normal mübahisə və müzakirə şəkilində keçmir: ?Əksinə bir-birimizi qıcıqlandırmaqla məşğul oluruq. Beynimizi işlədirik ki, görəsən hansı fikri desəm qarşıdakı insan hövsələdən çıxar, başqalarının yanında pərt olar, alçalar. Bu səbəbdən də müzakirəyə çıxarılan məsələ, problem kənarda qalır?. T.Abbaslı bildirib ki, bu cür keçirilən müzakirələrdən cəmiyyət bir xeyir götürmür. AİDP sədrinin sözlərinə görə, istər iqtidar, istər müxalifət, istər QHT sektorunun nümayəndələri, istərsədə ziyalıların çatışmayan cəhəti məhz debat mədəniyyətinin aşağı olmasıdır: ?İqtidar müxalifətlə, cəmiyyətin digər təbəqələri ilə debatdan qaçır. Çünki ölkəni haqq-ədalətlə deyil, pulla, zorla idarə edir. Ən pisisə odur ki, ölkəmizdə dəyişiklik istəyən qüvvələr nədənsə bu prosesdən yararlanmaq istəmir. Hesab edirəm ki, cəmiyyətin siyasi cəhətdən maariflənməsində debatların mühüm rolu var. Məhz bu yolla cəmiyyəti dəyişikliklərə, bu dəyişiklikləri reallaşdırmağa hazırlamaq olar. Gəlin görək, müxafliət düşərgəsi özünün və cəmiyyətin üzləşdiyi hər hansı problemi müzakirəyə çıxarıb? Hamı öz qazanında qaynayır. Xüsusilə də özünü ana müxalifət adlandıran qüvvələr heç bir problemi cəmiyyət arasında müzakirəsini təşkil etmir. Hətta həmin məsələnin müzakirəsinə digər müxalif qüvvələri belə dəvət etmirlər. Biz islamçı demokratlar olaraq dəfələrlə debatlar təşkil olunmasını təklif etmişik. Amma təəssüf ki, təklif göndərdiyimiz qüvvələr bundan qaçıblar. Özləri məsələni qaldırıb, özləri qərar verməklə məşğul olublar. Verdikləri qərarların nəticəsi isə göz qabağındadır?. AİDP sədri deyib ki, son parlament seçkisindən nəticə çıxarmaq lazımdır: ?Düzdür, birmənalı şəkildə iqtidar əvəlliki seçkilərdə olduğu kimi bu dəfəki parlament seçkisində də saxtakarlıq yolu ilə qələbə qazandı. Amma bizim bunu deməyimiz, mətbuat səhifələrində səsləndirməyimiz özünütəsəllidən başqa bir şey deyil. Gəlin indi də nəticəni dəyişdirmək üçün addımlar ataq. Bunun da bir yolu yuxarıda qeyd etdiyim kimi, debatların təşkilidir?. AİDP sədri hesab edir ki, məhz bu yolla cəmiyyətə yaxınlaşmaq, onu ölkəmizin üzləşdiyi problemlərin həllinə cəlb etmək mümkündür: ?Biz problemin mahiyyətini cəmiyyətə başa salmadan, onu bu yolda maarifləndirmədən, həmin problemin müzakirəsinə cəlb etmədən ?gəlin bu problemi kökündən silək? deyirik. Nəticə isə yaxşı olmur. Belə olanda xalq dəyişiklik istəyən qüvvələri dəstəkləmir. Deyir ki, ?bunlar özü bir masa arxasında otura bilmirlər, bizimlə necə rəftar edəcəklər??. T.Abbaslı təklif edib ki, ölkədə dəyişiklik etmək, haqq-ədalətin bərpa olunmasını istəyən qüvvələr üzləşdiyimiz problemlərin müzakirə olunmasını zəruri bilsələr AİDP bunu təşkil etməyə hazırdır: ?Tez-gec biz buna məhkumuq. Əks halda cəmiyyətlə, cəmiyyətin müxtəlif təbəqələri ilə dəyişiklik etmək istəyən qüvvələr arasında olan-qalan bağlar da qırılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA