?AXCP-Müsavat? bloku etiraz bəyanat verdi

img

19-11-2010 [04:53]


?AXCP-Müsavat? bloku gənc fəal, 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyevin Azərbaycan-Gürcüstan sərhədində saxlanması ilə əlaqədar etiraz bəyanatı verib. Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti ölkədə avtoritarizmi gücləndirmək məqsədilə gənc fəallara qarşı məqsədyönlü təzyiqlər göstərir. Bloqçular Adnan Hacızadə və Emin Millinin 17 ay qanunsuz və haqsız yerə həbsdə saxlanması, müstəqil gənclərin Avropa ali məktəblərində təhsil ala bilmələrinə qanunvericilik səviyyəsində maneənin yaradılması bu təzyiqin tərkib hissəsi olub. Blok bəyan edir ki, sonuncu seçki zamanı hakimiyyətin siyasətinə qarşı nümayiş etdirdiyi mövqe və fəallığı ilə fərqlənən Bəxtiyar Hacıyevin heç bir əsas olmadan sərhəddə saxlanması da eyni səpkili təzyiqdir. Məqsəd bütün vasitələrlə Azərbaycan gəncliyini müstəqil mövqe göstərməkdən, ölkənin demokratikləşməsi prosesinə qoşulmaqdan, ictimai-siyasi həyatda iştirakdan çəkindirməkdir. ?AXCP-Müsavat? bloku Bəxtiyar Hacıyevə qarşı siyasi sifarişlə törədildiyi şübhə doğurmayan bu qanunsuz əməli qətiyyətlə pisləyir və hakimiyyəti gənclərə qarşı təzyiq siyasətindən imtina etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA