Bakıda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

img

19-11-2010 [11:41]


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqram çərçivəsində Bakıda ?Neft və mədəniyyət ? xalqın sərvəti kimi? birgə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Nazirlikdən verilən məlumata görə, sözügedən tədbir ilə əlaqədar Rusiyanın tanınmış neft sənaye şirkətlərinin və müvafiq elmi qurumlarının nümayəndələri ilə yanaşı Rusiya Dövlət Dumasının deputatlarının da Azərbaycana səfərləri gözlənilir. Azərbaycan tərəfindən isə Dövlət Neft Şirkəti, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq, Memarlıq və İncəsənət institutları, Dövlət Neft Akademiyası, Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri konfransa qatılacaq. İki günlük konfransın sonunda iştirakçılar tərəfindən bəyannamə qəbul olunması nəzərdə tutulur. Bəyannamənin mahiyyəti müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının təsbitinə, habelə biznes dairələrinin mədəniyyətə və yaradıcılıq təşəbbüsünə dəstək və diqqətinin artırılmasına dair çağırışdan ibarətdir. Bəyannamə Azərbaycan və Rusiyanın tanınmış çap mətbu orqanlarında nəşr olunacaq. Konfransın rəsmi açılış mərasimi noyabrın 23-də Muzey Mərkəzində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR