Mehriban Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri ilə görüzüb

img

13-11-2010 [11:50]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşüb Görüşdə Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirdi. Qonaq Azərbaycanın gözəl ölkə olduğunu vurğulayaraq, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdi. Mehriban xanım Əliyeva Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savahı Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi. Qonağın ölkəmizə ilk dəfədir ki, səfər etdiyini qeyd edən Mehriban xanım Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədrinin Azərbaycan və xalqımız barədə dediyi xoş sözlərə görə təşəkkür etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA