Rəbiyyət Aslanovadan prezidentə və digər zəxslərə zikayət edildi

img

12-11-2010 [11:54]


?109 saylı Balakən Seçki Dairəsində seçkinin nəticələri ləğv olunmalıdır?. Bu sözləri 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd Məhəmməd Nooyev Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. ?Mən dövlətimizin demokratiya kursuna sadiqliyini, prezident İlham Əliyev cənablarının demokratik seçki keçirilməsi ilə bağlı tövsiyəsini, Balakən ağsaqqalarının, ziyalılarının tələblərini nəzərə alaraq, öz namizədliyimi müstəqil şəkildə irəli sürdüm. Mənim buna həm bir vətəndaş, həm də Yeni Azərbaycan Partiyasının üzvü olaraq haqqım çatırdı. Mən, 1993-1998-ci illərdə ulu öndərimiz Heydər Əliyevin, 2003-2008-ci illərdə isə prezident İlham Əliyevin seçki kampaniyasında YAP-ın təbliğat-təşviqat kampaniyalarında Balakən-Zaqatala rayonlarında yaxından iştirak etmişəm, həm də dövlət tədbirlərində avar millətinin təmsilçisi olmuşam. Mənim bu dəfəki parlament seçkilərində iştirakım da dövlətimə, xalqıma xidmət mövqeyindən irəli gəlirdi. Ancaq mənim bu xoş məramım bəzi məmurlar tərəfindən az qala ?top-tüfənglə? qarşılandı, yerlərdə mənə ciddi təzyiqlər oldu, hətta məni üzvü olduğum YAP-dan uzaqlaşdırdılar?,- deyən M.Nooyevin sözlərinə görə, bütün bunlar azmış kimi seçki prosesində ciddi saxtalaşdırmalarla üzləşib: ?Balakən Seçki Dairəsində demək olar ki, heç bir məntəqədə səslər düzgün sayılmayıb, bütün məntəqə sədrləri seçki qutularını DSK sədri Vahid Əliyevin kabinetinə apararaq səsləri orada sayıblar, daha doğrusu, səsləri DSK sədrinin kabinetində namizədlər arasında paylaşdırıblar?. Nooyev açıqlamasında onu da bildirib ki, bizim müşahidələr göstərdi ki, seçkidə 10 minə yaxın seçici iştirak etsə də, rəsmi sənədlərdə 18.786 seçicinin iştirak elədiyi göstərilir. ?Bu dəhşətli saxtalaşdırmadır?. Deputatlığa namizəd onu da bildirir ki, məntəqələrdə müxtəlif seçici aktivliyi (10-70 %) olsa da DSK bütün məntəqələrə ?standart? 45-50 faiz seçici gəldiyini protokollarda qeyd edib. Məhəmməd Nooyev bildirib ki, Balakən camaatının ona verdiyi səslər ?qondarma namizədlər? arasında bölüşdürülüb. Həmin namizədlər bir dəfə də olsun, seçicilərlə görüş keçirməyib, təbliğat-təşviqat kampaniyası aparmayıblar. Deputatlığa namizəd açıqlamasının sonunda qeyd edib ki, 109 saylı Balakən dairəsində seçki Rəbiyyət Aslanovanın xeyrinə kütləvi şəkildə saxtalaşdırılıb. Bu saxtalaşdırma Balakən camaatı arasında ciddi narazılığa səbəb olub. Ona görə də seçicilər saxta seçkinin nəticələrinin ləğv olunmasını və ədalətli seçki keçirilməsini tələb edirlər. Nooyev onu da qeyd edib ki, R.Aslanovanın havadarları onun ailə üzvlərinə, qohumlarına təzyiqlər göstərməyə, hədə-qorxu gəlməyə başlayıblar: "Mən bütün bunlarla bağlı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və MSK sədri Məzahir Pənahova müraciət etmişəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA