Azərbaycan Ali Məhkəməsi Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını təmin edib

img

11-11-2010 [05:10]


Ali Məhkəmənin Plenumunda terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarılıb. Lakin məhkəmədə iştirak edən dövət ittihamçısı, Baş prokurorun müavini Namiq Əsgərov Plenumdan E.Ftullayevə vergidən yayınma ilə bağlı verilən 2 ay müddətinə cəzanın artırılmasını xahiş edib. Plenum vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Qeyd edək ki, bu il aprelin 22-də Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərarda E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğu qeyd olunub və jurnalistin dərhal həbsdən azad edilməsi tələb edilib. Azərbaycan tərəfi isə bu qərarla razılaşmayaraq Avropa Məhkəməsinin Böyük Palatasına şikayət verib. Bundan sonra Avropa İnsan Haqları Məhkəməsi ötən ay Eynulla Fətullayevin Azərbaycana qarşı iddiası ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, E. Fətullayev azadlığa buraxılmalı, ona 28 min avro təzminat ödənməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR