Bakıda ?Gənclər ekoloji inkizaf uğrunda? beynəlxalq elmi-praktiki konfransı öz izinə bazlayıb

img

11-11-2010 [02:51]


Noyabrın 11-də ?Ekologiya İli? çərçivəsində Bakıda ?Gənclər ekoloji inkişaf uğrunda? beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb. Konfrans 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli elan edilməsi, bununla yanaşı, MDB üzvlərinin Gənclərlə İş üzrə Şurasının cari il üçün nəzərdə tutulmuş planına müvafiq olaraq Azərbaycan Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə keçirilir. Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa ölkələrdən olan gənc alimlər, tədqiqatçılar iştirak edirlər. Tədbirin məqsədi davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsində gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrinin iştirakını təmin etmək və onları bu işə həvəsləndirməkdir. Konfrans noyabrın 12-dək davam edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR