Qulamhüseyn Əlibəylinin hüquqlarının pozulması ilə bağlı MSK-ya müraciət edilib

img

11-11-2010 [02:14]


?Qarabag? Seçki Blokunun MSK-dakı səlahiyyətli mümayəndəsi Xanoğlan Əhmədov blokun 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizədi, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin hüquqlarının pozulması və həmin dairədəki saxtalaşdırma faktları üzrə MSK-ya müraciət edib. Müraciətdə deyilir: ?7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə səsvermənin keçirilməsi zamanı ?Qarabağ Seçki Bloku? siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri, həmin blokun namizədi olan Qulamhüseyn Surxay oğlu Əlibəylinin vəkil edilmiş şəxsləri, məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilər tərəfindən aşağıdakı qanun pozuntuları qeydə alınmışdır: 1. Bütün seçki məntəqələrində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75-ci maddəsinin tələblərini pozulmuş, icra hakimiyyəti orqanlarının müxtəlif vəzifəli şəxsləri və məntəqə seçki komissiyasının ayrı-ayrı üzvləri deputatlığa namizəd Fəzail İbrahimlinin lehinə təşviqat apararaq səsverməyə gələn seçiciləri ona səsverməyə təhrik etmişlər; 2. Bütün seçki məntəqələrində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.6, 104.7 və 104.9-cu maddəsinin tələbləri pozulmuş, səsverməyə gələn seçicilərin bir hissəsinin şəxsiyyət vəsiqələri və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onların baş barmağının işarələndiyi yoxlanılmamış, həmçinin səsvermə bülleteni alarkən onların baş barmağı gözə görünməyən mayedən istifadə etməklə işarələnməmişdir. 3. Əksər seçki məntəqələrində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.9-cu maddəsinin tələbləri pozulmuş, bir şəxsin bir neçə şəxsiyyət vəsiqələri ilə başqalarının da yerinə səs verməsi, o cümlədən bir seçici tərəfindən seçki bülletenlərinin topa şəkildə seçki qutusuna salınması, eyni bir şəxsin təkrar səsverməsi halları baş vermişdir. Bu faktlar 1, 2, 3, 4, 5, 5, 7, 8, 10, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 23, 24, 26 saylı seçki məntəqələrində daha çox qeydə alınmışdır. Göytəpə şəhərindəki sərhəd dəstəsininin 100-ə yaxın əsgəri qanunsuz olaraq təkrar səsvermək üçün Göytəpə şəhərindəki 5 məntəqəyə, eləcə də, Agdaş kənd və Privolnı qəsəbələrindəki məntəqələrə aparılmışdır. 4. Əksər seçki məntəqələrində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.7 və 104.9-cu maddəsinin tələbləri pozulmuş, seçicilərin bir hissəsinin şəxsiyyət vəsiqələri qabaqcadan yığılaraq icra hakimiyyətinin nümayəndələri tərəfindən seçki komissiyası üzvlərinə verilmiş, onlar da həmin şəxsiyyət vəsiqələri əsasında seçici siyahılarında onların əvəzinə imza edərək və səsvermə bülletenlərini özləri dolduraraq səsvermə qutusuna salmışlar. Bu faktlar 1, 2, 3, 4, 5, 5, 7, 8, 10, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 23, 24, 26, 27, 28, 30, 31, 32, və 33 saylı seçki məntəqələrində daha çox qeydə alınmışdır. 5. Əksər seçki məntəqələrində seçki bülletenləri sayılmamış, protokollara saxta rəqəmlər yazılmış və seçicilərin qeydiyyatı müvafiq qeydiyyat vərəqələrində aparılmamışdır. Hesab edirəm ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində səsvermə keçirilməsi zamanı seçki dairəsi üzrə yol verilən yuxarıda sadalanan çoxsaylı qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Ona görə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin170.2.1-ci maddəsinə əsasən 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA