Azərbaycan Tələbələr Birliyi memarandum imzaladı

img

11-11-2010 [10:51]


Azərbaycan Tələbələr Birliyi (ATB) tələbələrin xaricdə təhsil imkanlarının artırılması istiqamətində öz fəaliyyətlərini qurmaqdadır. ATB-nin mətbuat xidmətindən verilən məlumata görə, Kiprin və Avropanın ən öndə gələn universitetlərindən biri olan Doğu Akdeniz (Şərqi Aralıq) Universiteti (DAU) ilə əməkdaşlıq memarandumu imzalanıb. Memarandum özündə Azərbaycan Tələbələr Birliyi ilə DAU arasında 5 il çərçivəsində əməkdaşlıq perspektivlərini nəzərdə tutub. Memarandumun müddəlarında Universitetin Azərbaycan tələbələri arasında təbliği, müxtəlif kampaniyaların aparılması, həmçinin, ATB üzvlərinin çox böyük güzəştlərlə universitetdə təhsil almasına şərait yaradılması nəzərdə tutub. Azərbaycan Tələbələr Birliyi bu kimi əməkdaşlıqların tələbələrimizə çox böyük imkanlar verəcəyinə və tələbələrin inkişafına çox böyük rol oynacağına inanır

Digər xəbərlər
SON XƏBƏRLƏR