Umud Rəhimoğlu və BAMF-ın nümayəndəsi ABŞ-a 5 günlük səfərə gedib

img

10-11-2010 [04:54]


Noyabrın 8-də ABŞ Dövlət Departamentindən qrant alan təşkilatların I Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Tədbirə qatılanların əksəriyyəti ABŞ-ın yerli təşkilatlarının nümayəndələridir. Qalan iştirakçılar müxtəlif sahələrdə layihələr həyata keçirən xarici təşkilatların təmsilçiləridir. Beynəlxalq Simpoziumun əsas məqsədi qrant alanları və qrantlar üzrə mütəxəssisləri bir araya gətirmək, qrantlar sahəsində hazırkı vəziyyəti müzakirə etmək, Federal Yardım Bölməsinin (FYB) proqramlarının inkişafına müsbət təsir edəcək yeni yollar axtarmaqdır. Bu mötəbər tədbirdə ölkəmizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa təmsil edir. Qeyd edək ki, BAMF ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə sıx əməkdaşlıq edir. Tədbiri giriş sözü ilə Dövlət Departamentinin FYB direktoru Georgiya Habert açmışdır. O, bildirmişdir ki, dövlət katibi Hillari Klinton Avstraliyada elm və təhsil məsələləri ilə əlaqədar görüşlər keçirdiyinə görə beynəlxalq müşavirədə iştirak edə bilməyəcəkdir. Sonra müxtəlif agentlik və büroların nümayəndələri FYB-nin maliyyə idarəçiliyi, qrant verən hökumətin yeni və gələcək tələbləri, həmçinin digər məsələlər barədə çıxışları olub. Qrant alanlar üçün www.grant.gov saytının istifadəsinə dair bələdçi xarakterli məsləhətlər verilib. Mütəxəssislər müxtəlif qrant layihələrinin hazırkı mərhələlərini və icrası bitmiş layihələrin nəticələrini müzakirə ediblər. Tədbirdə hər mütəxəssisin çıxışından sonra sual-cavablar üçün imkan yaradılıb. Beynəlxalq Simpozium noyabrın 10-da sona yetəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR