Ana Vətən Partiyası seçki ilə bağlı mövqeyini açıqladı

img

10-11-2010 [04:42]


?Keçirilən parlament seçkilərinin Azərbaycan Respublikası Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun keçməsi, xalqımızın demokratik dəyərlərə sədaqətini bir daha nümayiş etdirib?. MİA-nın məlumatına görə, bu fikirlər Ana Vətən Partiyasının parlament seçkiləri ilə bağlı yaydığı açıqlamada yer alıb. Bəyanatda bildirilir ki, partiyanın namizədlərinin, səlahiyyətli nümayəndələrinin və müşahidəçilərinin verdiyi məlumatlar birmənalı şəkildə sübut edir ki, seçkiöncəsi təşviqat kampaniyası zamanı seçkidə iştirak edən bütün namizədlərə bərabər imkanlar və şərait yaradılıb, təbliğat prosesində hər şansı məhdudlaşdırıcı hallar baş verməyib. Seçki marafonunu səsvermə gününə kimi davam etdirən Ana Vətən Partiyasının yeddi namizədindən ikisi ? partiyanın sədri Fəzail Ağamalı və sədr müavini Zahid Oruc müvafiq olaraq 60 saylı Salyan-Neftçala və 93 saylı Bərdə şəhər seçki dairəsindən seçicilərin əksər səsini qazanaraq mandat qazanmış, daha 5 namizədimiz isə üst-üstə 7417 səs alaraq, çoxsaylı namizədlər arasında 3-cü olublar. AVP birmənalı olaraq bəyan edir ki, seçkinin nəticələri legitimdir və o, xalqımızın siyasi iradəsini ifadə edir. Bunu ATƏT, AŞPA, Avropa parlamenti, MDB Seçki Müşahidə Missiyası və digər qurumlardan olan müşahidəçilər də öz rəylərində ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA