Qorxmaz ibrahimlinin qərargahı növbəti açıqlama yaydı

img

10-11-2010 [02:17]


10 saylı 3-cü Binəqədi seçki dairəsindən deputatlığa namizəd Qorxmaz İbrahimlinin seçki qərargahı açıqlama ilə çıxış edib. Q.İbrahimlinin qərargahından Mİ-ya daxil olan açıqlamada bildirilir ki, onlar dairədə elan olunan seçkilərin nəticələrini tanımırlar. Səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia edən Seçki Qərargahı bu barədə əllərində kifayət qədər faktların olduğunu bildirib. Qərargah bildirib ki, DSK və əksər məntəqə sədrlərinin əməllərinə hüquqi qiymət vermək və onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək: ?Qorxmaz İbrahimlinin Seçki Qərargahı bəyan edir ki, heç bir təhdid onları seçki saxtakarlığında iştirak etmiş komissiya sədrlərinin məsuliyyətə cəlb olunması və 10 saylı 3-cü Binəqədi Seçki Dairəsində seçkilərin nəticələrinin ləğv olunması istiqamətindəki mübarizədən yayındıra bilməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA