Azərbaycan jurnalistləri üçün təhlükəsizlik təlimləri keçirilib

img

10-11-2010 [02:09]


?Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan? layihəsi çərçivəsində keçirilən təlimlərdə Azərbaycanın aparıcı 28 kütləvi informasiya vasitəsi redaksiyasından bütövlükdə 30 jurnalist iştirak edib. Təlimləri Beynəlxalq Jurnalistlər Federasiyasından olan beynəlxalq ekspertlər keçiriblər və onlar Azərbayan jurnalistlərinə peşə fəaliyyətlərini yerinə yetirərkən təhlükəsizliklərini təmin etmək məqsədilə müasir beynəlxalq təcrübə barədə məlumat veriblər. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib. Noyabrın 1-dən başlayan təlimlər 6 gün davam edib. ?Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları ilə tanış etmək və bu sahədə onların biliklərini artırmaqdır. Bu, Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, jurnalistikada siyasiləşmə amilinin yüksək olması həmçinin, Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır. İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər?-bu sözləri Jurnalsitlərin həmkarlar ittifaqının sədri, layihənin koordinatoru Müşfiq Ələsgərli deyib. Qeyd edək ki, Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan layihəsi Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin müəllifi Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistlərin Həmkarlar İttifaqıdır (JuHİ). Layihə və onun gedişi barədə geniş məlumatı www.ejiaz.org internet saytından ala bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR