?insan Naminə? bloku seçkilərinin hakimiyyət strukturlarının kobud müdaxilələri və total saxtakarlıq zəraitində keçirildiyini bəyan etdi

img

09-11-2010 [12:23]


?İnsan Naminə? siyasi partiyalar bloku 07 noyabr parlament seçkilərinin nəticələrinə dair bəyanat verib. MİA-ya daxil olan bəyanatda qeyd olunur ki, seçki saxtakarlıq şəraitndə keçib. 07 noyabr 2010-cu il tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə hakimiyyət yenə də öz ?ənənə?sinə sadiq qalaraq vətəndaşların seçmək və seçilmək hüquqlarını tanımaq niyyətində olmadığını növbəti dəfə nümayiş etdirdi. 7 noyabr seçkilərinin rəsmi startından sonra hakimiyyətin hələ kampaniyanlın ilkin mərhələsində müxalifət qüvvələrinin bu mühüm siyasi kampaniyada iştirakını məhdudlaşdırmağa yönəlik addımları əslində yekun nəticələr barəsində müəyyən təsəvvür yaradırdı. Hakimiyyətin məlum seçki siyasətindən imtina etməyə hazır olmaması müxalifət düşərgəsinin onlarla nüfuzlu təmsilçisinin artıq ilk mərhələdə ?zərərsizləşdirilməsi?nə səbəb oldu. Səsvermə günü müşahidə olunan və qeydə alınan kütləvi qanun pozuntuları hakimiyyətin nə dövlətin imicinə, nə də vətəndaş hüquq və azadlıqlarına zərrə qədər əhəmiyyət vermədiyini əyani surətdə ortaya qoydu. Tam məsuliyyətlə qeyd etmək olar ki, 7 noyabr seçkiləri müasir tariximizə Azərbaycanın müstəqillik dönəmində keçirilmiş ən rüsvayçı seçki kimi daxil oldu. Hakimiyyətin ölkədə siyasi alternativsizlik şəraiti yaratmaq istəyinə uyğun olaraq real müxalifət qüvvələrinin bir nümayəndəsinin belə Milli Məclisə seçilməsinə imkan verilmədi. Bu məqsədə nail olunması üçün hakimiyyət bütün mümkün vasitələrə əl atmaqdan çəkinmədi: müxalifət namizədlərinə və onların tərəfdarlarına böyük təzyiqlər göstərildi; səsvermə günü prosesin obyektiv müşahidəsinə cəlb olunan yüzlərlə vətəndaşın hüquqları ən kobud formada pozuldu, ənənəvi ?karusel? əməliyyatından geniş istifadə edildi, seçicilərin ələ alınması üçün bütün inzibati resurslar işə salındı və s. Əvəzində hakimiyyətin sifariş etdiyi və adları cəmiyyətdə ikrahla qarşılanan bir çox şəxslərə ?millət vəkili? statusu qazandırıldı. Eyni zamanda, Azərbaycanda demokratik proseslərin inkişafında maraqlı olduqlarını bəyan edən nüfuzlu beynəlxalq təşkilatların 7 noyabr seçkilərinin azad və ədalətli keçirilməsi məsələsində yetərincə prinsipiallıq göstərməmələri də təəssüflə qeyd olunmalıdır. ?İnsan Naminə? siyasi partiyalar bloku 7 noyabr parlament seçkilərinin hakimiyyət strukturlarının kobud müdaxilələri və total saxtakarlıq şəraitində keçirildiyini və onun elan olunan nəticələrini tanımadığını bəyan edir. ?İnsan Naminə? siyasi partiyalar bloku yol verilmiş qanun pozuntularının əks olunduğu sənədlər əsasında blokun namizəd irəli sürdüyü dairələr üzrə nəticələrin ləğv olunması üçün hüquq müstəvisində bütün addımları atacağını bəyan edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA