Mətbuat konfransından ANS-in qovulması tələb edildi

img

08-11-2010 [01:25]


Müsavat Partiyasının qərargahında ?AXCP-Müsavat? seçki blokunun mətbuat konfransında iştirakçılar ANS telekanalının konfrans keçirilən zaldan qovulmasını tələb ediblər. ?Qafqazinfo?nun məlumatına görə, iştirakçılar ANS-in prosesləri düzgün işıqlandırmadığını və buna görə də telekanalın operator və müxbirinin zalı tərk etməsini istəyiblər. İştirakçılar bildirib ki, bu telekanal onsuz da lentə aldıqlarını efirə vermir. Tələblərə baxmayaraq ANS-in əməkdaşları konfrans zalından çıxmayıblar. Konfransın gedişində telekanalın müxbiri ilə blok liderləri arasında da gərginlik yaranıb. ANS-in müxbiri İsa Qəmbərə bildirib ki, seçki saxtakarlığını sübut edən videogörüntü və fotolar varsa, onlara təqdim olunsun. İsa Qəmbər isə cavab olaraq - ?əgər sizdə belə materiallar varsa bizə verin? - deyib. AXCP sədri Əli Kərimli isə deyib ki, seçkilərdə karuseldən istifadə olunması barədə internet saytlarda kifayət qədər materiallar var: ?Əgər istəsəniz həmin materialları götürüb yaya bilərsiniz?. Bu zaman konfransda iştirak edən blok tərəfdarları yenidən ANS əməkdaşlarının zaldan çıxarılması barədə tələb səsləndiriblər. Buna baxmayaraq telekanalın əməkdaşları axıra kimi konfransda iştirak ediblər. Qeyd edək ki, mətbuat konfransında iştirak edən blok tərəfdarları həmçinin ATƏT-in də əleyhinə fikirlər, ?ATƏT Azərbaycandan qovulsun!? şüarı səsləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR