Azərbaycan Milli Məclisinə seçkilərdə səsvermə baza çatıb

img

07-11-2010 [07:43]


Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi artıq başa çatıb. Artıq seçki məntəqələrinin qapıları seçicilərin üzünə bağlanıb. Hazırda bülletenlərin sayılması və səsvermənin nəticələrinin hesablanma prosesi başlayıb. Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, parlament seçkilərində seçicilərin 2 milyon 213 min 398 nəfəri (44,75 faizi) iştirak edib. Ən çox aktivlik 14 saylı Xəzər II (72,08%), passivlik isə 22 saylı Nəsimi II seçki dairəsində (17,20%) qeydə alınıb. Onu da qeyd edək ki, hazırda MSK-nın parlament seçkilərinə həsr olunmuş iclası başlayıb. İclasda bu gün daxil olmuş şikayətlərə baxılacaq və müvafiq qərarlar qəbul ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA