Qarabağ Blokunun secki saxtakarllığı haqqında məlumat yayıb (Saat 16.00)

img

07-11-2010 [02:21]


21 saylı Nəsimi birinci seçki dairəsindən Qarabağ blokunun namizədi Sərdar Cəlaloğlunun vəkili Sadiq Əkbərovun verdiyi məlumata görə 21 saylı Nəsimi birinci seçki dairəsinin hər məntəqəsində 30-40 nəfər ağır xəstə kimi qeydə alınıb, onlar üçün daşınan qutular qeydə alınıb. Hər məntəqədən də 50- nəfərə yaxın qeydiyyatdan çıxma vəsiqəsi alıb. Bu barədə isə dairənin heç bir qərarı yoxdur. Qeydiyyatdan çıxma vəsiqəsi alanlara ümumi bildirişlərdən fərqli olaraq qırmızı rəngli bimldirişlər verilib. Bu şəxslərin vasitəsi ilə dairə karusel əməliyyatı həyagta keçirilir. 40 saylı Kəpəz birinci (Gəncə ) Qarabağ blokunun namizədi Salman İmanlının verdiyi məlumata görə 15 nömrəli marşurut aftobusları YAP-ın Gəncə şəhər qərargahının qarşısına toplayıblar. Bu aftobuslar vasitəsi ilə karusel əməliyyatı həyata keçirilir. 29 saylı Səbail seçki dairəsi-Seçki saxtakarlığı 29 saylı seçki dairəsində də həyata keçirilir. Qarabağ blokunun namizədi Sadiq Həsənovun verdiyi məlumata görə bu dairənin 8 və 17 saylı məntəqələrinə secicilərin barmağına mürəkkəb vurulmur. 17 saylı Yasamal üçüncü dairəsindən daxil olan məlumata görə dairə üzrə 800-nəfərə yaxın secicinin xəstəliylə bağlı standart formada ərizələr yazılıb, onların öz evlərində səs vermələri üçün daşınan qutulr hazırlanıb. Təkcə 13 saylı məntəqə də xəstə adı ilə müraciət edənlərin sayı 60-nəfərdir. Bu dairədə də bütün məntəqələr üzrə qeydiyyatdan çıxma vəsiqəsi üzrə əlavə siyahılar hazırlanır. 18 saylı Nərimanov Nizami seçki dairəsinin 3 saylı məntəqəsindən daxil olan məlumata görə məntəqə sədri dairənin seçicisi olmadığı halda səs vermədə iştirak edib, və bülliteni işarələyərək qutuya atıb. [b] Saat 16.00[/b] 44 saylı Sumqayıt ? Abşeron seçki dairəsində qanun pozuntuları və seçkiyə müdaxilələr davam edir. Qarabağ Blokunun bu dairədən namizədi olan Nəzimi Məmmədlinin seçki qərargahından verilən məlumata görə, dairənin 27 saylı məntəqəsində məntəqə sədri bir topa bülleteni seçki qutusuna atarkən Qarabaq Blokunun müşahidəçiləri Sadiq Əkbərov və Ələsgər Məmmədli buna etiraz edib, mane olmaq istərkən onlara qarşı fiziki zor tətbiq edilib. Bu dairənin Məmmədli kəndində yerləşən 35 saylı məntəqəsində İmişli və Tovuz rayonundan olan tikintidə çalışan fəhlələr səs verərkən müşahidəçilər tərəfindən aşkarlanıb. Hər iki fakt aktlaşdırılıb. 68 saylı Cəlilabad kənd seçki dairəsindən daxil olan məlumata görə dairənin 4 saylı məntəqəsində 679 nəfərin əvvəlcədən hazırlanan siyahısı aşkarlanıb. Bu siyahıda adları olan seçicilər seçicilərin ümumi siyahısında səsverən seçici kimi qeyd olunur. Bülletenləri isə qutuya məntəqə üzvləri doldururlar.Bu fakt DSK üzvü Rüstəm Rüstəmov tərəfindən aşkarlanaraq aktlaşdırılıb. 29 saylı Səbail seçki dairəsindən Qarabağ Blokunun namizədi Sadiq Həsənovun verdiyi məlumata görə 15 və 30 saylı məntəqələrdən seçki saxtakarlığına etiraz edən müşahidəçilər məntəqədən polis gücunə uzaqlaşdırılıb. 18 saylı Nərimanov Nizami seçki dairəsinindən daxil olan məlumata görə karusel əməliyyatı başqa dairələrdə müşahidə olunduğu kimi bu dairədə də həyata keçirilir. Bir seçiciyə bir-neçə bülleten verilir. Dairənin ərazisində yerləşən qapalı müəssələrdə bülletenlər aşkar şəkildə Rasim Musabəyovun xeyrinə işarələnərək qutulara doldurulur. Qanun pozuntuları müşahidəçilər tərəfindən aktlaşdırılır. 46 saylı Şirvan seçki dairəsi üzrə qanun pozuntuları davam edir. Bütün faktlar aktlaşdırılır. Video və foto çəklişləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA