Mirmahmud Mirəlioğlu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət etdi

img

07-11-2010 [02:21]


Klassik Xalq Cəbhəsi Partiyasının sədri, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Mirmahmud Mirəlioğlu bu gün ikinci dəfə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, M. Mirəlioğlu bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsində səsvermənin gedişində qanun pozuntularının kütləvi hal alması barəsində etmiş olduğumuz müraciətlərə DSK heç bir reaksiya vermir: ?Sizə müraciətlərimiz də cavabsız qalıb. MSK və DSK?nın tutduğu mövqe faktiki olaraq seçki məntəqələrində baş verən kütləvi qanun pozuntularının stimullaşdırılması səsvermə prosesinin bütövlükdə saxtalaşdırılmasına şərait yaradır. Təkidlə tələb edilməsinə baxmayaraq məntəqələrdə seçki bülletenləri səsvermə otağına gətirilməmişdir. 22 saylı məntəqədə bülletenlər MnSK sədrinin otağındadır və orada üç kənar şəxs var, ehtiyat qapı açıqdır. 23 saylı məntəqədə Aydın Ağayev adlı şəxs komissiya sədrinin gətirib verdiyi beş ədəd bülleteni kəskin etirazlara baxmayaraq qutuya atmışdır. 31 saylı məntəqədə MİS rəisi seçki komissiyasının sədri ilə birlikdə Musa Qasımlının xeyrinə bülletenlər atılmasını təşkil edir, eyni işlər digər MİS rəisi Xudaverdi tərəfindən də həyata keçirilir. 13 və 14 saylı məntəqələrdə səsvermə onların yerləşdiyi 15 saylı məktəbin direktoru və müəllimlərinin tam təsiri altındadır, burada hətta heç bir aidiyyatı olmayan məcburi köçkünlərin səsvermədə iştirakına şərait yaradılır. Müəllimlərə saxta səsvermənin təşkilinə görə 70-80 manat pul verilmişdir. 9 saylı məntəqədə bir nəfər özü ilə gətirdiyi bir dəstə bülleteni qutuya salmağa müvəffəq olmuş, onun saxlanmasına göstərilən cəhdlər isə boşa çıxmışdır?. M.Mirəlioğlu MSK sədrindən təcili tədbir görməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA