YAP-çı deputat Nazim Məmmədov namizədliyini geri götürdü

img

06-11-2010 [10:07]


Namizədliyini 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürmüş YAP üzvü, hazırkı millət vəkili Nazim Məmmədov seçki marafonundan çəkilib. Artıq Nazim Məmmədov ötən axşam namizədliyinin ləğvi ilə bağlı dairə seçki komissiyasına müraciət edib. O, bu addımı atmasında məqsədi YAP-a veriləcək səslərin parçalanmasının qarşısını almaq olduğunu bildirib. Qeyd edək ki, YAP 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən başqa adamın namizədliyini irəli sürüb. Nazim Məmmədov isə YAP üzvü olmasına baxmayaraq, namizədliyi ?Şınıx? təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA