Quliyev Fərəc ibrahim oğlunun Seçki Qərargahı təbliğat-təzviqat kampanıyasını dayandırdı

img

05-11-2010 [09:51]


31 saylı Suraxanı ikinci seçki dairəsindən Deputatlığa namizəd Quliyev Fərəc İbrahim oğlunun Seçki Qərargahı təbliğat-təşviqat dövrü başladıqdan 05.11.2010-cu il tarixə qədər mütəmadi olaraq çalışmışdır. Fərəc bəyin qeydə alınması üçün 1 (bir) gün ərzində 500 səhvsiz imza toplanmışdır. Təbliğat-təşviqat dövründə Qaraçuxur və Yeni Günəşli ərazisində olan bütün mənzillərə təşviqat materialları olaraq digər opponentlərimizdən fərqli olaraq xüsusi selofan torbalarda buklet, təqvim, Deputatlığa namizəd Quliyev Fərəc İbrahim oğlunun çıxışları olan disklər çatdırılmışdır. Əvvəlcədən planlaşdırılmış 18, seçicilərin xüsusi dəvəti ilə 13 görüş və bir görüş-mitinq keçirilmişdir. Fərəc Quliyev ümumilikdə 31 möhtəşəm görüş keçirmişdir. Eyni zamanda Seçki qərargahından 2320 mənzilə telefon zəngləri olunmuş, seçicilərə müraciətlər edilmişdir. Fərəc bəyin şəkilləri vurulmuş bir mikroavtobus 21 gün ərzində mütəmadi olaraq bütün məhlə, küçə və prospektlərdə gəzmişdir. İnternet səsvermələri ?zrə iki məhşur səhifədə Fərəc Quliyev 1-ci (birinci) olmuşdur: 1) secki2010.info 51% səslə Quliyev Fərəc İbrahim oğlu - birinci yerdə 2) 1NEWS.az 45% səslə Quliyev Fərəc İbrahim oğlu - birinci yerdə SE?Kİ QƏRARGAHI. 05.11.2010

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA