Seçkiləri müzahidə edəcək AŞPA missiyasının tərkibi açıqlanıb

img

05-11-2010 [11:21]


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həftə sonu Azərbaycanda keçiriləcək parlament seçkisini izləyəcək müşahidə missiyasının təsdiq olunmuş tərkibi açıqlanıb. Avropa Şurasının rəsmi saytının verdiyi xəbərə görə, belçikalı deputat Pol Villinin rəhbərlik etdiyi missiyaya AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqromunt və Jozef Debono Qrex, eləcə də Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, Finlandiya, Polşa, İspaniya, İtaliya, Lixtenşteyn, İsveç, Türkiyə, Latviya, Malta, İsveçrə, Lüksemburq, Sloveniya, Norveçi təmsil edən deputatlar daxildir. AŞPA üzvlərindən əlavə missiyaya AŞ katibliyinin 2 əməkdaşı, eləcə də Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Serqey Kuznetsov da daxildir. Missiya üzvləri bu gündən etibarən Bakıya gəlməyə başlayacaqlar. Onlar bu dəfə müşahidələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) müşahidə missiyası ilə birlikdə aparacaqlar. Noyabrın 8-də isə beynəlxalq müşahidəçilər birgə bəyanatla çıxış edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA