Mətbuat Şurası seçkidən yazan KiV-də 158 pozuntu azkarlayıb

img

04-11-2010 [05:00]


Mətbuat Şurası Azərbaycan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı ?Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi? layihəsi üzrə apardığı monitorinqin üçüncü həftəsinə yekun vurub. Şuradan MİA-ya verilən məlumata görə monitorinq Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əsasən keçirilib. Həmçinin KİV materiallarındakı hüquqi pozuntu faktlarına nəzər salınır. Seçki ilə bağlı konkret təbliğat plakatları monitorinqin tədqiqat predmetinə daxil edilməyib. Monitorinq ölkənin müntəzəm yayımlanan 60-dək gündəlik və həftəlik qəzetində aparılıb. Həmin KİV-lərdə 24.10. - 31.10.2010 tarixləri aralığında gedən materialların ümumi sayı 3037-dir. Bu, ötən hesabat həftəsi ilə müqayisədə 27, ilk hesabat həftəsi ilə müqayisədə 77 material çoxdur. 3037 materialdan 2699-u gündəlik qəzetlərin, 338-i həftəlik qəzetlərin payına düşür. Seçki materiallarındakı janr xüsusiyyətlərinə gəldikdə, xəbərlər yenə də üstün mövqe tutur. Lakin bu janra müraciət faktları əvvəlki həftələrlə müqayisədə azalıb. Həftə ərzində seçki ilə bağlı materiallarda ?Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları?nın pozulmasına dair 158 fakt qeydə alınıb. Bunlardan 131-i gündəlik, 27-i həftəlik qəzetlərin payına düşür. Monitorinq zamanı müəyyən edilmişdir ki, 19 materialdan 10-də birbaşa diffamasiya mövcuddur. Neytral mövqe tutan və ya materiallarında neytrallığı qorumayan KİV-lərin faiz nisbəti müəyyənləşdirilərkən seçki ilə bağlı materialların çoxluğu amili nəzərə alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR