Sumqayıtın icra bazçısı seçkiyə müdaxilə edir

img

04-11-2010 [11:08]


Yerli icra strukturlarının seçki prosesinə müdaxiləsi demk olar ki, bütün ölkəni əhatə edir. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin də seçkiyə müdaxilə edərək öz namizədinin deputat seçilməsi üçün səylərini artırdığı bildirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Yaşar Əsədovun sözlərinə görə, Sumqayıtda olan 4 seçki dairəsindən Ən çox qanun pozuntusuna yol verilən dairə 41-ci dairədir: ?Vaqif Əliyev demək olar ki, icra strukturlarının bütün imkanlarını bu dairədən namizəd olan 18 saylı orta məktəbin direktoru Leyla Abdullayevanın kampaniyasına yönəldib. Bütün seçki kampaniyası dbvründə onun işləri icra strukturlarının məkədaşları tərəfindən həyata keçirilib, inzibati resurslar onun deputat olması üçün çalışır. Hətta mənə mətnəqələrə müşahidəçilər verməyə də imkan verilmədi. Hesab edirəm ki, bu dairədə icra başçısının dəstəyi ilə seçkini Leyla Abdullayevanın xeyrinə saxtalaşdırmaq istəyirlər. Onu da nəzərə çatdırım ki, Leyla Abdullayeva hakim Yeni Azərbaycan Partiyasının vahid namizədidir?. Namizəd bütün demokratik qüvvələrdən və mediadan bu dairəni diqqətdə saxlamağı xahiş edib və bildirib ki, əgər icra başçısının qanunsuz əməllərinin qarşısı alınmasa, nəticələr YAP-ın namizədinin xeyrinə saxtalaşdırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA