Əliməmməd Nuriyevin Seçki Qərargahı: ?Bəzi saytlarda elektron səsvermə obyektiv aparılmır?

img

03-11-2010 [03:21]


7 noyabr parlament seçkiləri çərçivəsində aparılan təbliğat-təşviqat kampaniyasında müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi namizədlərə öz fikirlərini, təklif və ideyalarını seçicilərə təqdim etməkdə, onlarla ünsiyyət qurulmasında böyük imkanlar açıb. Eyni zamanda bu texnologiyaların tətbiqi ümumilikdə, seçki prosesinin dinamikliyi, namizədlər üçün bərabər imkanların yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Bu nöqteyi nəzərdən təbliğat-təşviqat kampaniyasında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüslər diqqətəlayiqdir və bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Müxtəlif saytlarda dairələr üzrə virtual səsvermə keçirilməsi də bu dəfəki seçkilərdə diqqətçəkən təşəbbüslərdəndir. Köklü demokratiya ənənələri olan ölkələrdə bu cür virtual səsvermə kampaniyaları cəmiyyətin nəbzini yoxalanması, seçicilərin fikrlərinin öyrənilməsi baxımından əhəmiyyətli vasitə sayılır. Təəssüf ki, Azərbaycanda bu mütərəqqi ideya özünün obyektiv təcəssümünü tapa bilmədi. Apardığmız monitorinq prosesi göstərdi ki, konkret dairələr üzrə ayrı-ayrı namizədlərə verilən səslər şişirdilər, verilmiş səslər düzgün qeydə alınmır. Ola bilsin ki, virtual səsverməni təşkil edən saytların burada heç bir marağı yoxdur, və konkret namizdələrin nümayəndləri tərəfindən kənar müdaxilələr olur. Amma bu həmin saytların üzərindən məsuliyyəti götürmür. Onlar belə olan halda bu barədə açıqlama verərək, səsverməni dayandıra bilərdilər. Yaxud daha müəkəmməl müdafiə sistemi qurmağa çalışmalıydılar. Konkret olaraq www.secki2010.info və www.namized.com saytlarında təşkil olunmuş səsverməyə kənar müdaxilələr olması aşkar faktdır. Artıq bu barədə digər namizədlər də KİV-ə açıqlama veriblər. Digər tərəfən bu cür saytlar əvvələcədən maraqlar toqquşmasını da nəzərə almalı idilər. Məsələn, www.secki2010.info saytının yaradıcılarından biri də qaynar info. portalıdır. Bu portalda isə 7 1 saylı kənd seçki dairəsindən namizəd Elmira Axundovanın təbliğatı aparılır, təbliğat materialları yerləşdirilib. Belə olan halda hansı obyektivlikdən söhbət gedə bilər. Çox təəssüf edirik ki, bu cür layihələrlə çıxış edənlər öz məsuliyyətlərini sona qədər anlamayıblar və bu cür mütərəqqi təşəbbüslərə kölgə salmaqla məşğuldurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA