Azərbaycanda ?Gənclər ekoloji inkizaf uğrunda? mövzusunda beynəlxalq konfrans keçiriləcək

img

02-11-2010 [11:24]


Noyabrın 11-12-də Azərbaycanda ?Gənclər ekoloji inkişaf uğrunda? mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Ekologiya İli çərçivəsində təşkil olunacaq konfrans eyni zamanda 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli kimi elan edilməsi, bununla yanaşı, MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının 2010-cu il üçün nəzərdə tutulmuş İş Planına müvafiq olaraq, Azərbaycanın Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və BMT Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrinin yalnız təbiətin qorunması məsələlərində deyil, həmçinin yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın və elmin quruluşunda da iştirakını stimullaşdırmaq, onları iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdir. Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək. Konfransa UNİCEF-in İqlim üzrə Gənc Səfirləri də qatılacaqlar. Ümumilikdə, konfransda 200-ə yaxın alim və gəncin iştirakı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR